Slimfit
  1. CƏMİYYƏT

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Sakura

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynli Cavid Sabir oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Ens.az-ın məlumatına əsasən,Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Sumqayıt şəhər polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR