Beyləqanda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan rayon Baytarlıq idarəsi Beləqan rayonunun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini həyata keçirir. Həmçinin dezinfeksiya aparılan təsərrüfatlarda dezinseksiya və deratizasiya tədbirləri də icra olunur.
KTN yanında Dövlət Baytarlıq Xidmətindən "Report"a verilən məlumata görə, dezinfeksiya aparılan zaman, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir, təsərrüfatlarda mexaniki təmizlikdən sonra profilaktik dezinfeksiya işləri aparılır.
Son 500 kvadratmetr sahədə aparılan profilaktik dezinfeksiya "almerdehyde", "ektosan" və 5 %-li "kaustik soda" məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınlar ilə güclü axın halında və ya avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Tədbirin bundan sonra da aparılacağı nəzərdə tutulur. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Həmçinin cari ilin ilk 7 ay ərzində Beyləqan rayonda 132900 kvadratmetr ərazidə məcburi və profilaktik dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət