Slimfit
  1. AZƏRBAYCAN

Beyləqanda 20 min ton pambıq istehsalı proqnozlaşdırılır

Beyləqanda 20 min ton pambıq istehsalı proqnozlaşdırılır
Sakura

Beyləqanda 20 min ton pambıq istehsalı proqnozlaşdırılır

Beyləqanda keçirilən müşavirədə pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayonda pambıq əkinlərinin ildən-ilə genişləndirildiyi bildirilib. Qeyd olunub ki, əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Bol məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Məhsulun maşınla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri görülüb. Artıq rayonda pambıq yığımına başlanılıb. Cari ildə tarlalardan 20 min ton pambıq yığılması proqnozlaşdırılır.

Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, pambığın vaxtında və itkisiz yığılması, bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması, o cümlədən emal və tədarük məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatının nəzarətdə saxlanılması, pambıqyığan kombaynların, daşıyıcı traktorların, habelə pambıq yığımına fəhlə aparan müxtəlif təyinatlı maşınların maneəsiz hərəkətinin təmin olunması, yanğından mühafizə sahəsində qəza hallarının baş verməməsi üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR