Dərc edildi: Baxış sayı: 885
Beyini rahatlamağın, şüuraltını təmizləməyin ən rahat yolu
İnsan beyni üç “mərtəbəlidir”: birinci “mərtəbə”-şüuraltı, ikinci ”mərtəbə”-şüur və üçüncü “mərtəbə”-şüurüstü. Şüuraltı mərtəbədə-instinkt, refleks və yaxşı mənimsənilmiş, avtomatik dərəcəyə çatdırılmış qabliyyətlər və vərdişlər yerləşib. Onlar “tələb olunanadək” orada yatıb qalırlar.
Şüur mərtəbəsində-hardansa, kimdənsə aldığımız, hətta, kiməsə ötürdüyümüz biliklər cəmlənib.Şüurüstü mərtəbədə- cəmlənən məlumat isə qabaqlar beyində olmayan,sonradan əldə edilmiş bilik sayəsində yaranan bilikdir.Belə bilik-şüurun, şüuraltının və ötən illərin verdiyi bütün təcrübənin birgə intensiv fəaliyyəti nəticəsində əmələ gəlir. Şüurüstünün işləməsi üçün şüuru mütəmadi olaraq informasiya ilə yükləmək lazımdır. Şüur-mühavizəkardır,yalnız yoxlanılmış,normalarla “bərkidilmiş”, sabitləşdirilmiş şeyləri özünə buraxır, yeniliyə dərhal inanmağa razı olmur-orqanizmi qorumaq təyinatı belədir.
Təbii sağlamlıq mütəxəssislərinin Nişi, Pol Breqq, Zalmanov- ideyalarının Azərbaycanda ən yaxşı davamçılarından olan Ərşad Əzimzadə beyini rahatlamağın ən rahat üsulunu oxucular üçün açıqlayır.
Moderator.az həmin sadə metodu təqdim edir. Mütləq sınayın:
“Axşamlar,yuxudan qabaq və səhər tezdən şüuraltının gücündən istifadə edə bilərik-bu vaxtlar orqanizm,bir halda hələ tam oyanmayıb,o biri halda yorulub,düşüncə tərzi fəal deyil,ona görə də hələlik ona ötürülən təzəni inkar etməyə,yaxud onu şübhə altına almağa qadir deyil.Şüuraltının informasiyanı qavramaq və qəbul etmək qabliyyəti yuxudan qabaq daha güclü olur.Ona görə də C.Qlass bizə belə bir özünətəqlid metodu təklif edir: “Yatağa uzanın. Yuxarıdan aşağı özünüzü xəyalən seyr edin və içinizdə deyin:”Beynim dincəlir,başımın əzələləri yumuşalır,boynumun və çiyinlərimin əzələləri yumuşalır”... Beləliklə də ayaq barmaqlarınızın ucunadək çatın.Sonra özünüzə deyin:“Mən bütövlükdə rahatlanıram,dərin yuxudan başqa heç nə istəmirəm.Mən get-gedə daha bərk yatmaq istəyirəm”.Bundan sonra əlavə edin:“Mən istirahət edirəm, beynim dincəlir, mən bütövlükdə dincəlirəm”.
Mənbə: Moderator.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət