Slimfit
  1. DÜNYA

Beyin ölümü keçirmiş qadınla evləndi

Beyin ölümü keçirmiş qadınla evləndi
Sakura

Beyin ölümü keçirmiş qadınla evləndi

Tayvanda kişi beyin ölümü keçirmiş sevgilisi ilə evlənib.

"Bizimyol.info" Rusiya KİV-nə istinadən xəbər verir ki, avqustun 22-si Van adlı qadının idarə etdiyi motosiklet avtomobillə toqquşub. Qəzadan 3 gün sonra beyin ölümü keçirən qadını süni nəfəs aparatına qoşublar.

Qeyd edilib ki, cütlük evlənməyi planlaşdırırdı. Onların 11 il münasibətdə olmasına baxmayaraq, qadının valideynləri bu evliliyə qarşı idi. Yalnız 11 il sonra valideynlərini yola gətirən qadının toyuna bir neçə gün qalmış qəzaya düşməsi sevgilisi Lin'i heç də ruhdan salmayıb.

Cütlüyün nigahı elə xəstəxana palatasında qeyd olunub. Burada yığışan qohumlar isə gəlinə üzük taxılan zaman gözyaşlarına hakim ola bilməyib. Kiçik nigah mərasimindən sonra Vanı süni nəfəs aparatından ayırıblar. Onun orqanları ehtiyacı olanlara bağışlanıb.

Vanın anası bu addımın digər insanları xilas edə biləcəyini bildirib: "Beləliklə, qızım həyatda qalacaq və uşaqlarının necə böyüdüyünə şahid olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR