Slimfit
  1. ELM

Beyin gördüyü ilə görmədiyini necə fərqləndirir?

Beyin gördüyü ilə görmədiyini necə fərqləndirir?
Sakura

Beyin gördüyü ilə görmədiyini necə fərqləndirir?

Qabığın müəyyən hissələrinə təsir etməklər beyni heç vaxt görmədiyini xatırlamağa məcbur etmək olar.

Biz nəyəsə və ya kiməsə baxanda təkcə predmetin ölçü, rəng və ya formasını dəyələndirmirik (və ya insandan söhbət gedirsə sifət əlamətləri), həmçinin onu əvvəl görüb-görmədiyimizi xatırlayırıq.

Gördüyümüzlə görmədiyimizi ayırmaq bacarığı ən vacib xüsusiyyətlərimizdən biridir. Onsuz biz digər insanlarla ünsiyyət qura bilmərik, məkana bələd ola bilmərik, ümumiyyətlə normal həyatla yaşa bilmərik. Lakin neyrobioloqların beynin görmə informasiyasını necə emal etməsini ( gördüyümüzlə görmədiyimiz arasındakı fərq necə müəyyən olunur) uğurla araşdırmasına baxmayaraq indiyə qədər çox şey məlum deyil.

Görmə impulsları gözdən yarımkürələrin ənsə hissəsində yerləşən ilkin görmə qabığına gəlir. Lakin ilkin görmə qabığı son dayanacaq deyil: sonra informasiya dorsal və ventral adlanan iki neyron yoluna ayrılır. İmpulslar ventral görmə yolu ilə gedərkən bir neçə analitik mərkəzdən keçir və sonda gicgah hissəsindəki peririnal qabığa çatır. O birbaşa hippokampla bağlıdır, hippkamp isə bildiyimiz kimi yaddaşın əsas mərkəzlərindən biridir.

Məlumdur ki, peririnal qabıq görmə yaddaşına cavabdehdir və bizə müxtəlif obyektləri seçməyə kömək edir. Tokio universitetinin tədqiqatçılarının təcrübələri göstərdi ki, qabıq görüləni nəinki fiziki parametrlərinə görə fərqləndirir, həmçinin konkret predmeti daha əvvəl görüb-görmədiyimizi aydınlaşdırır.

Bir neçə yapon makakasına üç ay ərzində tanış və tanış olmayan şəkilləri tapmağı öyrətdilər; 6000-dən çox şəkil var idi, bunlardan meymun 20-30 obyekti əzbərləməli idi. Makakalarda optogenetik metordların köməyi ilə perirnal qabığın neyronlarını modifikasiya etdilər. Yəni beyinə fiber optik kabellə gedən işıq impulsu ilə yandırıb söndürmək mümkün idi; bundan başqa həmin neyronları adi neyroelektrodlarla stimullaşdırmaq da mümkün idi. Makakalar lazımi obyektləri əzbərlədikdən sonra yenidən onlara göstərdilər, lakin eyni vaxtda müxtəlif qrup neyronları stimullaşdırdılar.

Science müəllifləri yazır ki, peririnal qabığın işıq impulsu ilə stimullaşdırılması tanış olmayan əşyaları tanış edirdi, eyni zamanda əvvəl əzbərlədikləri obyektlər də tanış olaraq qalırdı. Hətta şəkili korlasalar belə makakalar hər şeyi tanıdığı kimi qəbul edirdi.

Düzdür, sonra tədqiqatçılar peririnal qabığı birbaşa elektriklə stimullaşdırdılar və bu zaman maraqlı nüans ortaya çıxdı. Qabığın ön tərəfinin aktivləşdirilmiş neyronları işıq stimulyasındakı ilə eyni effekti verdi, yəni meymunlara hər şey daha çox tanış gəlirdi. Əksinə elektrik impulsları qabığın arxa hissəsinə təsir edəndə effekt əksinə olurdu – makakalara heç nə tanış deyildi və onlar əvvəl öyrəndiklərini yaddan çıxarırdılar. Başqa sözlə desək meymunların davranışı bəzi hallarda beyinə təsir metodundan asılı olaraq müxtəlif olurdu.

Həm də necə olmasa da indi görmə və görməmənin seçilməsində peririnal qabığın həqiqətən əsas rol oynamasını sübut etmək mümkün oldu.  Gələcəkdə bu məlumatlar yaddaşla və görmə yaddaşı ilə bağlı müxtəlif psixonevroloji pozğunluqların müalicəsində kömək edə bilər. Amma burada konkret neyron mexanizmlərinin şifrəsini açmaq və makakaların üzərindəki təcrübə məlumatlarının insanlara tətbiq oluna biləcəyini anlamaq lazımdır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR