Slimfit
  1. TEXNOLOGİYA

Bəyənmə (layk) nəzəriyyəsi : bu necə işləyir?

Bəyənmə (layk) nəzəriyyəsi : bu necə işləyir?
Sakura

Bəyənmə (layk) nəzəriyyəsi : bu necə işləyir?

Biz hələ də anlamamışıq, bəyənmə işarəsi qoymaq nəyisə təsdiq etməkdi, yaltaqlıqdı, yoxsa diqqəti cəlb etmək üsuludu? Ancaq əminik ki, növbəti "baş barmaq", yaxud "ürək" nəbzin tezləşməsinə və sosial şəbəkədə əlavə dəqiqə sərf etmək istəyinə səbəb olur.

Bu gün bəyənmənin hansı mənası ola bilər:

Təsdiq;

heyranlıq;

müəllifin nöqteyi-nəzərindən razılıq;

diqqəti cəlb etmək istəyi;

özünüzü reklam etmək arzusu.

Bəyənməklə nəinki loyallıq nümayiş etdirdiyimizi, bəzən onları başqa duyğuların təsiri altına saldığımızı anlamaq asandır. Bunu sosial mediada ulduza çevrilmiş adamların hesablarında asanlıqla görmək olar. "Ulduz" sanki "dizi üzərində" bir yazı paylaşdı, lakin 10 dəqiqədən sonra bəyənmələrin sayı min nəfəri keçdi. Bir təcrübəsiz blogger eyni məzmunu dərc etsəydi, bu qədər insanı heyran qoymazdı.

Bu gün sosial şəbəkədə nə qədər çox bəyənmə yığırsa, müəllifin bir o qədər çox bonus alacağı aydındır. Yeni insanlar ona abunə olmağa başlayır, reklam verənlərdən təkliflər görünür və özünə inam artır. Bir çox blogger hər bəyənmə üçün mübarizə aparır, çünki bu, pul qazanmağa imkan verir.

Maraqlıdır! Mütəxəssislər deyirlər ki, bəzən insanlar bəyənmə işarəsini ona görə seçirlər ki, reaksiya bildirmək üçün başqa seçim yoxdur. Məsələn, istifadəçi neqativ duyğularını və ya müəlliflə fikir ayrılığını ifadə edə bilməz. Şərh yaza və digər istifadəçilərlə müzakirəyə girə bilər, amma bunun üçün vaxt yoxdur. Belədə isə bəyənməni vurmaq qalır. Yeri gəlmişkən, bu gün Facebook-da bu cür reaksiyaları göstərmək üçün xoş bonuslar var. "Qəzəblənmək", "halına yanmaq" və ya hətta "gülmək" mümkündür. Bu, məzmunu qiymətləndirmək üçün daha çox imkan yaradır. Bəlkə oxşar həllər digər sosial şəbəkələrdə də nə vaxtsa görünəcək.

Bəyənmənin tarixçəsi : nə vaxtdan biz bununla yaşayırıq?

Bəyənmələri tətbiq etmək üçün ilk təşəbbüsün 1998-ci ildə baş tutduğuna inanmaq çətindir. Həmin vaxt Niderlanddan olan proqramçı Yohannes Yozef van der Meer bu funksiyanı saytının sistemində tətbiq etmək qərarına gəldi. Lakin sonra bu layihə başa çatmadı və məşhur Like düyməsi yalnız nəzəri səviyyədə 2007-ci ildə ortaya çıxdı. İstifadəçilər bu qərarı 2010-cu ildə gördülər. Bu funksiyanı görən VKontakte və Odnoklassniki kimi Rusiya sosial şəbəkələri də tez bir zamanda onu tətbiq etməyə başladılar. Müəyyən müddətə qədər bəyənmə işarəsi həmin məzmunu avtomatik olaraq paylaşmaq funksiyasını da yerinə yetirirdi. Ancaq bir neçə il sonra bu iki seçim ayrıldı.

2015-ci ildə ən böyük sosial şəbəkə Facebook qeyd olunan "reaksiyaları" sınaqdan keçirməyə başlayır. Yeni sistem nəinki “baş barmağı qaldırmaq”, həm də məzmuna münasibət bildirməyə imkan verdi. Bu virtual ünsiyyətə canlılıq əlavə etdi.

Like asılılığı dövrümüzün problemidirmi?

Bəyənmə işarəsi qoymağı və almağı sevməyimizin səbəbi ilə bağlı bir elmi əsas var. Bu anda bir düyməyə basılır, bir insanda endorfinlər sərbəst buraxılır. Əgər istifadəçi bəyənməni alırsa, bu daha da nəzərə çarpır. Bu reaksiya təsdiq və qəbula əsaslanır. Yazıya cavab olaraq, özümüzü ifadə edirik və cəmiyyətlə qarşılıqlı əlaqə qururuq. Paylaşdığımıza reaksiya verəndə, digər insanlar üçün maraqlı olduğunu başa düşürük.

Bəziləri üçün bəyənmə dünyası real həyatla paralel olaraq mövcuddur, ancaq bəzən bu adamlar "ürəklər" uğrunda ovçuya çevrilirlər. Bəyənmə asılılığı, daha çox reallıqda özlərini güvənsiz hiss edən insanlarda özünü göstərir. Bəyənmələr yığmağa, təxribatçı yazılar yazmağa və hətta həyatlarına dair nələrsə uydurmağa çalışırlar ki, təki paylaşımları izləyicilərin reaksiyasına səbəb olsun.

Vacibdir! Psixoloqların fikrincə, uğurlu paylaşımların müəlliflərində tez-tez lotereya udmuş adamın hissinə yaxın bir təəssürat müşahidə olunur.

Bəyənmələr bu gün: bizim indiki zamanımız və perspektivlər

İnstaqram bəyənmə sayı funksiyasının ləğv olunduğu ilk sosial şəbəkə oldu. Hesab sahibi onların miqdarını görə bilər, amma digər istifadəçilər yox. Güman edilir ki, indi istifadəçi cəmiyyətin onun paylaşımı ilə razı olub-olmamasından narahat olmağa ehtiyac duymaz.

Mütəxəssislər, həmçinin repostun (təkrar paylaşım) daha böyük bir dəyər olduğunu söyləyirlər, çünki bu, istifadəçi tərəfindən bilincli olaraq edilir. Bu məzmunun maraqlı olduğunu göstərir. Təsadüfi deyil ki, bu gün reklam kampaniyasının effektivliyini qiymətləndirərkən cəlb olinma göstəricisi qiymətləndirilir :

istifadəçinin paylaşımı öyrənməyə sərf etdiyi vaxt;

repostların sayı;

istifadəçi yazını sonuna qədər oxudumu

Bəyənmələrin gələcəyi olduqca aydındır: çox güman ki, sosial şəbəkələr onlardan imtina etməyəcəklər. Mütəxəssislərin fikrincə, onlar yalnız tamaşaçılarla qarşılıqlı əlaqənin digər yolları ilə əvəz edilə bilər: məsələn, stikerlər, emojilər və s. Ancaq əsas odur ki, bəyənmə işarəsinin yalnız duyğuları ifadə etdiyini və populyarlığı üçün müəllifin daha çox iş görməli olduğunu başa düşməsidir.

Mənbə: Инфониак | Интересно и полезно

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR