Dərc edildi: Baxış sayı: 466
"Beşiktaş"ın baş məşqçisi iki aparıcı futbolçunun satılmasına razılıq verib
Tükiyənin "Beşiktaş" klubu iki aparıcı futbolçusu ilə yollarını ayırmağa yaxındır.
"Report" "Akşam"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş son zamanlar klub üçün problem yaradan Rayan Babel və Pepenin satılmasına razılıq verib.
Hollandiyalı hücumçu ilə Braziliyanın "Flamenqo" komandası yaxından maraqlanır. Portuqaliyalı müdafiəçiyə gəlincə, onun üçün ərəb və Çin klublarından gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, R.Babel Türkiyə Super Liqasının XI turunda "Başakşehir"ə 0:1 hesabı ilə uduzduqları matçda baş məşqçi Şenol Günəşə "sən futbolu bilmirsən" söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət