Dərc edildi: Baxış sayı: 426
“Beşiktaş” qapıçı Kariusu “Liverpul”a qaytarmaq istəyir
“Beşiktaş” klubunun ötən yay “Liverpul” klubundan icarəyə götürülmüş qapıçısı Loris Karius Türkiyə futbol klubunun məşqçilər heyətini məyus edib.
AZƏRTAC “A Bola” nəşrinə istinadla xəbər verir ki, “Beşiktaş” almaniyalı qolkiperi iki il müddətinə icarəyə götürməsinə baxmayaraq, artıq yanvar ayında onu “Liverpul”a geri vermək istəyir.
“A Bola”nın məlumatına görə, “Beşiktaş” “Liverpul”u bu barədə xəbərdar edib və Kariusun yerinə hücumçu Divok Oriqinin icarəyə verilməsini xahiş edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət