Slimfit
  1. İDMAN

“Beşiktaş” “Qalatasaray”ı məğlub edib

“Beşiktaş” “Qalatasaray”ı məğlub edib
Sakura

“Beşiktaş” “Qalatasaray”ı məğlub edib

Türkiyə Superliqasında 14-cü turun oyunları davam edir. SİA-nın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Turun mərkəzi görüşü İstanbulda olub. Şəhərin iki nəhəngi - “Beşiktaş” və “Qalatasaray” “Vodafon Arena”da münasibətlərinə aydınlıq gətiriblər. Derbinin taleyini 1 qol həll edib. Adem Lyayiçin 18-ci dəqiqədə penaltidən vurduğu qol “Beşiktaş”a minimal hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 24-ə yüksəldən “qara qartallar” eyni xala malik “Qalatasaray”ı qabaqlayaraq 3-cü pilləyə yüksəliblər. Turnir cədvəlinə isə 30 xalla “Başakşəhər” başçılıq edir. 2-ci pillədə 25 xalı olan “Kasımpaşa” yer alıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Fənərbaxça” – “Kasımpaşa” və “Yeni Malatyaspor” – “Akhisarspor” oyunları ilə yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR