Slimfit
  1. İDMAN

"Beşiktaş" oyunun fasiləsində plov yeyən futbolçusunu heyətdən kənarlaşdırıb

"Beşiktaş" oyunun fasiləsində plov yeyən futbolçusunu heyətdən kənarlaşdırıb
Sakura

"Beşiktaş" oyunun fasiləsində plov yeyən futbolçusunu heyətdən kənarlaşdırıb

 Türkiyənin "Beşiktaş" klubu futbolçusu Tolqay Arslanı heyətdən kənarlaşdırıb.

"Report" İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, buna 28 yaşlı yaşlı yarımmüdafiəçinin intizamsız davranışları səbəb olub. Onun müddətsiz komandadan kənarlaşdırıldığı bildirilib.

T. Arslan Türkiyə Super Liqasının XI turunda səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə məğlub olduqları oyunun fasiləsində paltardəyişmə otağında ətli plov yeyib. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş oyunçuya iradını bildirsə də, Tolqay ona cavab olaraq "oynamayacağımı bilirdim" deyib.

Qeyd edək ki, buna bənzər hadisə Azərbaycan millisində də baş verib. Yığmanın sabiq baş məşqçisi Berti Foqts 2009-cu ilin martında təlim-məşq toplanışı zamanı kənardan “fast food” yemək sifariş etdiyi üçün İlqar Qurbanovu yığmadan uzaqlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR