Dərc edildi: Baxış sayı: 421
"Beşiktaş" klubu Azərbaycan xalqını təbrik edib
Türkiyənin "Beşiktaş" klubu 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı sosial şəbəkələrdəki hesablarında paylaşım edib.
"Report" xəbər verir ki, klub rəsmi "Facebook", "Twitter" və "İnstagram" səhifəsində Azərbaycan xalqını təbrik edib. Hər iki səhifədə "Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət" yazısı yer alıb.
İstanbul təmsilçisi həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu da paylaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət