Slimfit
  1. İDMAN

"Beşiktaş" ilk transferini gerçəkləşdirdi: 73 yaşlı rumıniyalı...

"Beşiktaş" ilk transferini gerçəkləşdirdi: 73 yaşlı rumıniyalı...
Sakura

"Beşiktaş" ilk transferini gerçəkləşdirdi: 73 yaşlı rumıniyalı...

Baş məşqçi Şenol Güneşi Türkiyə milli komandasına göndərən “Beşiktaş” başqa bir mütəxəssislə razılığa gəlib.

Publika.az xəbər verir ki, “ağ-qaralar” sabiq baş məşqçiləri Mirça Luçesku ilə razılaşıblar.

Növbəti mövsüm komandaya rəhbərlik edəcəyi gözlənilən 73 yaşlı rumıniyalı mütəxəssisin vəzifəsi “az pulla çempionluq” ideyasının gerçəkləşdirilməsi olacaq.

“Qalatasaray”ı çalışdırığı dövrlərdə icarəlik futbolçularla çempionluq qazanan Luçeskunun ilk şərti az maliyyə hesabına başa gələn bir neçə transferin gerçəkləşdirilməsidir.

“Beşiktaş”ın iki mövsümdə onlarla matçını izlədim. Bu komanda kiçik toxunuşlarla mütləq çempion olar. Amma mövsümün əvvəlinə qədər mütləq komandaya fayda verəcək transferlər edilməlidir”, baş məşqçi deyib.

Qeyd edək ki, 1979-cu ildən baş məşqçiliyə başlayan Luçesku 2000-2002-ci illərdə “Qalatsaray”da, 2002-2004-cü illərdə “Beşiktaş”da çalışıb. Son olaraq 2017-2019-cu illərdə Türkiyə milli komandasına rəhbərlik edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR