Dərc edildi: Baxış sayı: 322
'Beşiktaş' 'Başakşehir'i məğlub edib
Futbol üzrə Türkiyə Super Liqasının XXVIII turunda "Beşiktaş" və "Başakşehir" komandaları üz-üzə gəlib.
"Report"un məlumatına görə, "Wodafone Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 35-ci dəqiqədə Robinyo açsa da, 42-ci dəqiqədə Atiba Hatçinson, 52-ci dəqiqədə Burak Yılmaz fərqlənib.
Bu qələbə sayəsində "Beşiktaş" xallarını 53-ə çatdırıb və 2-ci pillədəki "Qalatasaray"la xal fərqini 2-yə endirib. 13 oyundan sonra uduzan "Başakşehir" isə 61 xalla yenə liderdir. Amma "sarı-qırmızılar" bu gün "Fənərbağça"ya qalib gəlsələr, ilk pillə ilə fərqi 3-ə endirəcəklər.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət