Slimfit
  1. DÜNYA

Bəşər tarixinin ən zəngin insanı - Bezos

Bəşər tarixinin ən zəngin insanı - Bezos
Sakura

Bəşər tarixinin ən zəngin insanı - Bezos

ABŞ-ın “Amazon” və “Blue Origin” şirkətlərinin sahibi Ceff Bezos “Bloomberg”in versiyasına əsasən tarixin ən zəngin insanı olub.

 İKT.lent.az-ın xəbərinə görə, 16 iyul 2018-ci il səhər saatlarında iş adamının sərvəti 150 milyard dollara çatıb. Bununla da, o, “Microsoft” korporasiyasının yaradıcısı Bill Geytsin rekordunu təzələyib və ötüb. 1999-cu ildə B. Geytsin sərvətinin miqdarı 100 milyard dollar (indiki məzənnə ilə 149 milyard) olmuşdu.

  Beləliklə, “Amazon”un rəhbəri bəşər tarixinin - ən azı “Forbes”un ilk dəfə ən zəngin adamların reytinqini tərtib etdiyi 1982-ci ildən bəri - ən varlı insanı adını qazanıb.

 Qeyd edək ki, C. Bezos ilk dəfə bir il əvvəl – 2017-ci ilin iyulunda dünya zənginlərinin siyahısında birinciliyə yüksəlib. “Forbes” həmin vaxt onun sərvətini 90,6 milyard dollar həcmində qiymətləndirib.  

Mənbə: Lent.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR