Dərc edildi: Baxış sayı: 359
Bəşər Əsəd Trampı “ABŞ tarixinin ən yaxşı prezidenti” adlandırdı
Suriya Prezidenti Bəşər Əsəd dövlət televiziya kanalına verdiyi müsahibəsində ABŞ Prezidenti Donal Tramp barədə fikirlərini bildirib.
B.Əsəd deyib ki, D.Tramp açıq şəkildə Suriyanın neft yataqlarına nəzarəti ələ keçirmək istədiyini dilə gətirir:
“Tramp siyasətdə “ən şəffaf” insandır. O, açıq şəkildə deyir ki, “biz bu şeylərdən xilas olmalıyıq” və yaxud “bizə neft lazımdır”. Bu, Amerika Birləşmiş Ştatlarının siyasətidir. Açıq sözlü düşməndən yaxşı nə ola bilər ki?”
Suriya Prezidenti sonda qeyd edib ki, ümumiyyətlə, ABŞ prezidentləri lobbilərinin maraqlarını həyata keçirən cinayətkarlardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət