Slimfit
  1. CƏMİYYƏT

Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir?

Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir?
Sakura

Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir?

Prezident İlham Əliyev sərəncamı ilə bu il aprelin 1-dən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət 55 manata çatdırıldı.

Bəs bu müavinət necə və hansı sənədlər əsasında təyin olunur?

Femida.az xəbər verir ki, bu xidmət "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müavinət almaqla bağlı müraciətləri əhatə edir.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 4.0.1.13-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 3.1.34-cü yarımbəndi və "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 72 nömrəli Fərmanı xidmətin hüquqi əsasını təşkil edir.

Müraciətə 10 gün müddətində cavab verilir və heç bir rüsum tələb olunmur. Müraciət zamanı uşaqların hər birinin doğum haqqında şəhadətnamələrinin surəti təqdim olunmalıdır.



Müavinətin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir. Beşdən çox uşağı olan qadınlara müavinət sonuncu uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir və ödənilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlərlə) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyin olunmasından imtina edilərsə, 5 gün müddətində anaya rəsmi məlumat verilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir. Müavinət alan şəxs vəfat etdikdə müavinətin ödənişi uşaqların 18 yaşı tamam olan ayın sonunadək davam etdirilir.

Vətəndaş müavinətin təyin olunmasından imtina cavabı alarsa, kağız üzərində və ya elektron qaydada ƏƏSMN-ə şikayət tərtib oluna bilər. Şikayətə ən geci 1 ay müddətində baxılmalı və cavab verilməlidir. Bu müddətdə hər hansı qərar qəbul edilmədikdə və ya vətəndaşı qane etmədikdə məhkəməyə şikayət oluna bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR