Slimfit
  1. MARAQLI

Beş vacib qadın keyfiyyətini inkişaf etdirən üsul

Beş vacib qadın keyfiyyətini inkişaf etdirən üsul
Sakura

Beş vacib qadın keyfiyyətini inkişaf etdirən üsul

Qadın almaz boyunbağı kimi yüzlərlə parıltıdan ibarətdir. Ancaq özümüzə və bu dünya ilə ahəngdar yaşamağımıza, məqsədlərimizə çatmağımıza, sərhədlərimizi qorumağımıza, qohumlarımıza və dostlarınıza arxa olmağa kömək edən bir neçə qadın keyfiyyəti var.

Bu keyfiyyətlər hər birimizdə var, lakin onlar çox vaxt problemlər, bloklar və qorxu altında gizlənir. Gəlin sahəmizi təmizləyək, bu məşqləri edək və yenidən həqiqi qadınlığın qiymətli parıltısı ilə parlayaq.

Publika.az bu yazıda oxucuları beş vacib qadın keyfiyyətini inkişaf etdirən üsullarla tanış edib.

Məqsədyönlülük

Məqsədyönlülük - böyük hədəflərə can atmaq və onda fokuslanmaq bacarığımızdır. Maneələrə və səhvlərə baxmayaraq, yıxılıb yenidən yüksəlməklə hədəfinizə doğru getməyə hazırsınız. Qadının qətiyyəti kainatın ən yaxşı fürsət və ən yaxşı çıxış yollarını təqdim etməsinə imkan verməkdir.

Bu keyfiyyətə yiyələnmək üçün aşağıdakı tapşırığı yerinə yetirin. Bir kağız parçası götürün, yuxarı sağ küncdə hədəfinizin şəklini çəkin, özünüzü isə aşağı sol tərəfdə çəkin. Özünüzü və hədəfinizi fərqli xətlərlə birləşdirin. Düz bir xətt və ya dalğalı ola bilər. Fərq etməz: xətlər istənilən ola bilər. Bunlar məqsədə çatmağın müxtəlif yollarını göstərir. Bu şəklə baxın və düşünün: məqsədinizə başqa necə nail ola bilərsiniz? Hansı xətt daha sərfəlidir? Bu zaman özünüzü necə hiss edirsiniz? Qoy fərqli imkanlar sizə tərəf gəlsin!

Qəbul etmək keyfiyyəti

Bu, baş verənləri müdriklik və anlayışla qəbul etməyə kömək edən əsl qadın keyfiyyətidir: baş verənlərə müqavimət göstərməmək, hər şeyin içimizdən dağıntısız və gərginliksiz süzülüb keçməsinə icazə vermək.

Qəbul etmək bacarığını inkişaf etdirmək üçün sizi incidən, narahat edən və ya əksinə qəzəbləndirən vəziyyəti düzəltməyə çalışın. Bu vəziyyəti kağıza yazın, özünüzə sual verin: "Bu nə üçün baş verdi?” Bu vəziyyətin sizin üçün müsbət və mənfi tərəflərinin nə olduğunu düşünün. Həyatınıza hansı müsbət şeyləri gətirdi?

Mülayimlik

Bu, demək olar ki, istilik və incəlik, nəzakət və ədalarda özünü büruzə verən itirilmiş qadın keyfiyyətidir. Bu keyfiyyətləri özünüzdə birləşdirməklə ətrafınızdakıları qayğı, nəzakət və sevgi ilə əhatə edirsiniz. Və bu sevgi sahəsində nəinki sizin, həm də yaxınlığınızdakı hər kəsin potensialı üzə çıxmağa başlayır. Yumşaqlıq və həlimlik təbiətinizin bir hissəsinə çevrildikdə, sizi incitmək, məhv etmək və ya qırmaq mümkün deyil.

Özünüzdə mülayimlik keyfiyyətini inkişaf etdirmək üçün bir həftə cəhd edin, hansısa otağa girin, ən azı bir dəqiqə dayanın və ürəyinizdən sevgi dalğalarının yayıldığını təsəvvür edin. Bu dalğaları ətrafa yayaraq öz-özünüzə deyin: "Başqaları üçün ən xeyirlisi nədirsə o olsun". Sonra bu dalğaları geri çəkin: "Mənim üçün ən xeyirlisi olsun". Həyatınızı necə dəyişdiyini izləyin.

Sakitlik

Sakitlik - özü ilə mütləq harmoniya vəziyyətidir. Dünyadakı heç bir şey sizi incidə və qəzəbləndirə bilmir. Özünüzlə o qədər bağlısınız ki, həyatınızda təlaş, qalmaqal, qəzəb, vurnuxma və tələskənlik demək olar ki, yoxdur. İstənilən vəziyyətdə zahirən duyğularınızı göstərə bilsəniz də, sakitliyinizi qoruyub saxlamağa üstünlük verirsiniz.

Sakitliyi qorumağı öyrənmək üçün özünüzə bir həftə ərzində hər gün 10 dəqiqə vaxt ayırmağa çalışın. Bu müddət ərzində siz (küçədə və ya qapalı yerdə) pəncələri yerə möhkəm basın və köklərin ayağın mərkəzindən planetin ən dərin dərinliklərinə necə keçdiyini, sizi möhkəmləndirdiyini və torpağa birləşdirdiyini təsəvvür edin. Əllərinizi bu anda günəş doğru qaldıra və bir neçə dəfə dərindən nəfəs ala bilərsiniz. Nə qədər sakitləşdiyinizi hiss edin. Özünüzə diqqət edin.

Özünə əminlik

Bu, baş verənləri sakit bir şəkildə anlamaq vəziyyətidir. Bu, hər şeyin öhdəsindən gələ bilmək və həll etmək bacarığıdır. Bir qadın özünə əmin olduqda, həyatında baş verən hər şey üçün məsuliyyət götürməyə hazırdır. Seçimlərinə, qərarlarına görə. Ehtiyacınız olan şeyi etməyə haqqınız olduğunu hiss etdiyiniz zaman, sona qədər getməyə hazır olursunuz.

Əgər sizi rəhbərlə görüş gözləyirsə, (idarənin nümayəndəsi, "ağır çəkili" bir şəxs), bu təcrübəni həyata keçirməyə çalışın. Bu otağa girib qapının qolunu sağ əlinizlə tutun və özünüzə "işim düzgündür" deyərək sağ ayağınızla bir addım atın. Və sonra dialoqa davam edin. Vəziyyətin sonra necə daha da inkişaf etdiyinə diqqət edin. Ətrafınızda nə baş verir?

Bu beş qadın keyfiyyətlərini diqqət mərkəzində saxlayın. Və tezliklə ətrafınızdakı dünyanın necə dəyişdiyini hiss edəcəksiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR