Dərc edildi: Baxış sayı: 672
Bərzani açıqladı: ABŞ İraqı tərk edərsə...
ABŞ ordusu İraqı tərk edərsə, İŞİD yenidən geri gələcək.
Publika.az xəbər verir ki, bu fikri Şimali İraq Kürd Muxtariyyətinin sabiq lideri və Kürdistan Demokrat Partiyasının rəhbəri Məsud Bərzani deyib.
O, ABŞ qüvvələrinin İraqdan çıxarılmasına qarşı olduqlarını və koalisiya güclərinin geri çəkilməsi təqdirində 6 ay sonra İŞİD terror təşkilatının yenidən diriləcəyinə inandıqlarını söyləyib.
“2011-ci ildə ABŞ qüvvələrinin İraqdan çıxmasına qarşı idim. ABŞ ordusu olsaydı, İŞİD İraq ordusunu məğlub edə və ŞİKM-i təhdid edə bilməzdi. ABŞ əsgərlərinin ölkədə qalması əhəmiyyətlidir”, - Bərzani bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət