Berlindən Ərdoğana dəstək gəldi
Almaniya BMT Təhlükəsizlik Şurasında reformlar keçirilməsinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu DPA agentliyinə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. Onun sözlərinə görə, BMT TŞ-nin tərkibi artıq müasir tələblərə cavab vermir:
“Hesab edirəm ki, BMT TŞ-nin tərkibi artıq müasir tələblərə cavab vermir. Dünyadakı qüvvələrə münasibət daha yaxşı əks olunmalıdır. Almaniya konflikt və böhranların həlli üçün daha çox şey etməlidir. Məncə, bizim məsuliyyətimiz böyüyür. Bizə münasibətlə bağlı gözləntilər əvvəlkindən daha böyükdür.
Biz TŞ-nin tərkibinin genişlənməsini istəyirik. BMT üzvlərinin çoxu bunun tərəfdarıdır. Bu, nə qədər ağır olsa da, biz bu mövzunu gündəmə gətirməkdən yorulmayacağıq. Uzun müddət reformlar barədə hansısa irəlləyiş olmadan danışıqlar aparılıb”.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan “Dünyanın 5-dən böyük olduğunu” deyərək, BMT TŞ daimi üzvlərinin sayının artırılmalı olduğu məsələsini gündəmə gətirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət