Slimfit
  1. DÜNYA

Berlindən Consona sərt mesaj: Sakitləş

Berlindən Consona sərt mesaj: Sakitləş
Sakura

Böyük Britaniya baş naziri Avropada qıcıq yaratmağa başlayıb

Almaniya hökuməti Brexit müddətini sürətləndirmək istəyən Böyük Britaniyanın yeni baş naziri Boris Consona sərt mesaj yollayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Almaniyanın Avropa məsələləri üzrə məsul naziri olan Mixayl Ros bu barədə açıqlama verib. O, Consonu Avropa Birliyi ilə "Brexit" müzakirəsinə həsr olunan görüşlərdən yüksək nəticələr gözləməməyə səsləyib.

Mixayl Ros açıqlamasında belə qeyd edib: “Böyük Britaniyanın yeni baş nazirinə açıq mesajım var. Boris, seçki kampaniyaları artıq başa çatıb, ona görə, gərək sakitləşəsən”.

Bundan başqa, Almaniya hökumətinin sözçüsü Ulrayk Demmer baş nazir Angela Merkel ilə yeni baş nazir arasında "Brexit"lə bağlı danışıqların olduğunu deyərək, onların yaxın zamanlarda bu məsələni Berlində müzakirə edəcəyini də vurğulayıb.

Eyni zamanda, Fransa hökumətinin də Consonla yeni danışıqlara qarşı olduğu bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR