Dərc edildi: Baxış sayı: 585
Almaniyanın Bremen şəhərində isə Məhəmməd adı ikinci olub...
2018-ci ildə Almaniyada yeni doğulmuş körpələrə ən çox qoyulmuş adlardan birinin Məhəmməd olduğu bilinib.
Moderator.az xəbər verir ki, bu haqda Türkiyənin “TRT” telekanalının internet saytının rus versiyası məlumat yayıb.
Alman Dili Cəmiyyəti (Gfds) tərəfindən aparılan bir araşdırmaya görə, 2018-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində dünyaya gələn 22 min 177 oğlanın 280-nə məhz Peyğəmbərimizin(s) adı qoyulub. Paytaxt sakinləri arasında ən məşhur ikinci ad - 244 körpəyə qoyulmuş Luis (Louis) adı, üçüncü isə - 234 yeni doğulmuşa verilən Emil adıdır. Məhəmməd adı bu ölkənin Bremen şəhərində də övladlar üçün ən çox seçilən ikinci ad olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət