Slimfit
  1. AZƏRBAYCAN

Bərdədə YPX alayının əməkdaşları Xocalı faciəsinin qurbanlarını anıb

Bərdədə YPX alayının əməkdaşları Xocalı faciəsinin qurbanlarını anıb
Sakura

Bərdədə YPX alayının əməkdaşları Xocalı faciəsinin qurbanlarını anıb

 Bərdə Dövlət Yol Patrul Xidməti (YPX) alayının əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini anıb.

"Report"un Qarabağ mərkəzindən verilən məlumata görə, bu gün Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 13-ci tağımının əməkdaşlarının, şəhid ailələrinin və digər qonaqların iştirakı ilə postun inzibati binasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. 

Tədbir iştirakçıları ilk öncə Tərtər rayonunda yerləşən xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra Xocalıda şəhid olan həmyerlilərimizin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıda törətdiyi qanlı hadisələrdən danışıblar. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyi vurğulanıb və bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılıb.

Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyi vurğulanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR