Slimfit
  1. AZƏRBAYCAN

Bərdədə üç əsrlik hamam: kişilər ön, qadınlar isə arxa hissədən girirdilər

Bərdədə üç əsrlik hamam: kişilər ön, qadınlar isə arxa hissədən girirdilər
Sakura

Bərdədə üç əsrlik hamam: kişilər ön, qadınlar isə arxa hissədən girirdilər

 

Bərdə rayonunun Şirvanlı kəndində yerləşən qədim hamam Qarabağ bölgəsinin nadir tarixi abidələrindəndir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 300 ilə yaxın yaşı olan abidə dövlət tərəfindən qorunur.

Şirvanlı hamamının əsası XVIII əsrdə bölgənin nüfuzlu şəxslərindən hesab olunan Seyid Heydər tərəfindən qoyulub.

Qədim hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün təyin edilib. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. Ön hissədən kişilər, arxa hissədən isə qadınların girişi nəzərdə tutulub. 

Qırmızı kərpicdən inşa edilən hamamın özü də iki hissədən ibarətdir. Binanın mərkəzində hovuzu olan birinci hissə və içərisində üç ayrı otağı olan ikinci hissə yerləşir.

Hamam ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Sonralar tələbat azaldığından fəaliyyəti dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR