“Bərbərxanaların açılmasının bariz nümunəsiyəm”
"Saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam"
“Son günlər yoluxanların sayı azalıb. Bu, xalqımızın çəkdiyi əziyyətin nəticəsidir”.
Ens.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.
O qeyd edib ki, evdə oturmaq çətindir: “Bu azalma tendensiyası ümid edirik ki, davam edəcək. Bu da bizə imkan verəcək ki, daha çox açılmaya gedək. Daha bir neçə sahələrdə də açılış mümkün olacaq. Ancaq bu, o demək deyil ki, biz koronavirusa qalib gəlmişik.
Bilirsiniz, bərbərxanalar açılıb. Mən də bariz nümunəyəm ki, saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam.
Ancaq yoluxanların sayının azalması o demək deyil ki, biz qaydalara əməl etməyək. Qaydalara əməl edilməlidir ki, bundan sonra yenidən sərt karantinə getməyək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət