![Bələdiyyə seçkilərində seçici fəallığı açıqlandı](https://ensiklopediya.az/images/news/belediyye-seckilerinde-secici-fealligi-aciqlandi.jpg)
Dərc edildi: Baxış sayı: 132
Bələdiyyə seçkilərində seçici fəallığı açıqlandı
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki,Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 31.45 faiz olub.
O, bildirib ki, səsvermə hüququna malik 5 milyon 961 min 625 nəfərdən 1 874 810 seçici səs verib.
Yekun nəticələrin bir neçə saata elan olunacağı gözlənilir.
Qeyd edək ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.
Həmçinin seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət