Slimfit
  1. TÜRKİYƏ

Zelenski sabah Türkiyəyə səfər edəcək

Zelenski sabah Türkiyəyə səfər edəcək
Sakura

Zelenski sabah Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski fevralın 18-də Türkiyədə görüşəcəklər.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının kommunikasiya direktoru Fahrettin Altun "X"də məlumat verib.

O bildirib ki, danışıqlar zamanı Ankara və Kiyev arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, eyni zamanda iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılmalı olan addımlar müzakirə ediləcək.

"Səfər zamanı Ukraynada baş verən son hadisələr, həmçinin digər regional və qlobal problemlər barədə fikir mübadiləsi aparılacaq", - deyə F.Altun əlavə edib.

Yeri gəlmişkən qeyd edək ki, sabah Ər-Riyadda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndə heyəti ilə görüşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR