Slimfit
  1. GÜNDƏM

Bələdiyyə seçkilərində iştirakdan sonra təhdid olunan şəxs Prezidentə müraciət etdi

Bələdiyyə seçkilərində iştirakdan sonra təhdid olunan şəxs Prezidentə müraciət etdi
Sakura

Bələdiyyə seçkilərində iştirakdan sonra təhdid olunan şəxs Prezidentə müraciət etdi

Cənab Prezidentimizdən və Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm ki, mənim məsələmə aydınlıq gətirsinlər və mənə kömək olsunlar. Mən bir Azərbaycan vətəndaşı olaraq niyə təhqirə məruz qalıb qorxu-həyəcan içində yaşamalıyam? Xahiş edirəm mənim problemimə köməklik edin.

Mənim 23 dekabr bələdiyyə seçkilərində yaranan problemim üçün lazımi yerlərə məlumat verdim. Amma ki, çox təəssüflər olsun ki, heç bir əhəmiyyət verən olmadı. Məni yanvar ayının 15-i günorta saatlarında kənd məktəbinin qarşısından keçərkən kənd məktəbinin idman müəllimi olan Kamran Məmmədov saxladı. Mənə dedi ki, onsuz da peşman sən oldun, nə oldu sənə oldu. Bizlərə heç nə olası da deyil. Sən özünü boş-boşuna yordun. Havayı yerə. Onsuz da dövlət başında duranlar bizim sözümüzü eşidir. Bunu mənə Kamran Məmmədov söylədi və həmin vaxt məkbətə xanımını aparmağa gələn bir nəfər bu da Ağstafa rayon icra hakimiyyətinin nümayəndəsi Abbasov Nurəddin idi. Həmin dəqiqə mənə yaxınlaşıbb məni təhqir etdi və hədə-qorxu gələrək işdən çıxaracağam dedim səni. Mən Cənab İlham Əliyevdən kömək istəyirəm. Mən Azərbaycan vətəndaşı olaraq məni Abbasov Nurəddin və Kamran Məmmədov dövlət məmuru olaraq niyə təhqir edib hədə-qorxu gəlsinlər? Mən niyə təhqirə məruz qalmalıyam? Mən xahiş edirəm Cənab Prezidentimizdən, dövlət orqanlarından bu məsələni araşdırsınlar. Mənə kömək olsunlar. Cənab Prezidentimiz mən bələdiyyə seçkilərində yaşanan problemlə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub göndərdim. Mənə cavab verən olmadı. Nə də bir əhəmiyyət vermədilər. Nə də Məzahir Pənahov mənim göndərdiyim şikayətimə baxmaq istəməyib. Cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq mənim haqqımı yerdə qoymamağınızı sizdən xahiş edirəm. Mənim məsələm aydınlaşsın və lazımlı idarə işçilərində cəzasını çəksin. Cənab Prezidentimiz belə haqsızlıqlar olmaz. Buna son qoyulmağını sizdən xahiş edirəm. Belə saxta işlərlə məşğul olan idarə müdirlərinin işləməyi düzgün deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR