Slimfit
  1. DÜNYA

Belçika miqrantları qəbul etməyəcək

Belçika miqrantları qəbul etməyəcək
Sakura

Belçika İtaliyanın “Diciotti” sahil mühafizə gəmisinin xilas etdiyi miqrantları qəbul etməyəcək

Belçika İtaliyanın “Diciotti” sahil mühafizə gəmisinin xilas etdiyi miqrantları qəbul etməyəcək.
AzVision.az xəbər verir ki, bunu Belçikanın sığınacaq və miqrasiya məsələləri üzrə dövlət katibi Teo Franken deyib. 

“Biz bundan sonra gəmilərlə Şimali Afrikadan Avropaya gələn qanunsuz miqrantları qəbul etmək niyyətində deyilik. Çünki bu, problemin həlli deyil”, – deyə Franken “VRT” telekanalının efirində bəyan edib. O, həmçinin bildirib ki, Belçika artıq iyunda “Lifeline” gəmisinin Aralıq dənizində xilas etdiyi onlarla miqrantı qəbul edib: “Mən o zaman bildirdim ki, bu, sonuncu dəfədir və bir daha bunu etməyəcəyik”.

Qeyd edək ki, 15 avqustda “Diciotti” sahil mühafizə gəmisi Maltanın Aralıq dənizindəki ərazi sularında çətin vəziyyətdə qalan 177 miqrantı göyərtəyə qəbul edib. Daha sonra İtaliya hakimiyyəti Malta hökumətindən həmin miqrantların ona məxsus adalardan birinə çatdırılması üçün icazə istəyib. Lakin Malta rədd cavabı verib. Bundan sonra miqrantların olduğu “Diciotti” gəmisi 5 sutka ərzində İtaliyanın Lampeduza adası zonasında qalaraq, rəsmi Romanın qərarını gözləyib və yalnız 20 avqust axşamı miqrantları Siciliya adasına aparıb. Amma İtaliya daxili işlər naziri, baş nazirin müavini Matteo Salvini miqrantların sahilə çıxarılmasına icazə verməyib. 

Nəticədə Avropa İttifaqını miqrantların qəbulu ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandıran İtaliyanın baş nazir müavini Luici Di Mayo “Diciotti” gəmisi ətrafında yaranan vəziyyətlə bağlı Avropa İttifaqı Komissiyasının təcili qərar qəbul etməsini tələb edib. Əks təqdirdə Di Mayo İtaliyanın Avropa İttifaqı büdcəsinə ödənişlərini dayandıracağı ilə hədələyib. Lakin Avrokomissiyanın ötən günkü iclasında “Diciotti” gəmisindəki miqrantların taleyi ilə bağlı heç bir qərar qəbul olunmayıb. 

Leyla Elbrusqızı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR