Slimfit
  1. DÜNYA

Belarus, Ukrayna və Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdir

Belarus, Ukrayna və Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdir
Sakura

Belarus, Ukrayna və Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdir

Rusiya hökuməti ənənəvi olaraq digər dövlətlərə verdiyi maliyyə və ixrac kreditlərini gizli saxlayır. “Report” RBK-ya istinadən xəbər verir ki, məlumat yalnız hökumətlərarası sazişlər Rusiya Dövlət Duması tərəfindən təsdiqlənəndə, vəzifəli şəxslər bu kreditlər haqqında danışanda və ya borc alan dövlət bunu açıqlayanda məlum olur.

Dövlət kredit proqramının qeyri-şəffaf olması onunla izah olunur ki, birincisi, bu kreditlərin əksəriyyəti sırf kommersiya deyil siyasi xarakter daşıyır, ikincisi, bir çox kreditlər hərbi-texniki əməkdaşlıq çərçivəsində verilir ki, bu da məxfi hesab olunur.

Məsələn, Moskva Ermənistan, Venesuela, Hindistan, İndoneziyaya Rusiyadan silahlar almaq üçün kredit verib.

Ölkənin Maliyyə Nazirliyinin, 1 may 2019-cu il tarixinə açıqladğı məlumata əsasən Rusiyaya xarici dövlətlərin 39.4 milyard dollar məbləğində borcu var. Bunun da 15.8 milyard dolları MDB ölkələrinin payına düşür.

Rusiyaya ən çox borcu olan Belarusdur - 1 iyun 2019-cu il tarixinə 7.55 milyard dollar. İkinci yerdə Ukrayna 3,7 milyard dollarla, üçüncü yedə bir milyard dollardan az məbləğlə Ermənistan, Gürcüstan və Moldova qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR