Dərc edildi: Baxış sayı: 505
Belarus marafonçusu burnundan qan açılmasına baxmayaraq, Avropa çempionu olub
Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, Belarus atleti Olqa Mazuryonok qalib olub.
"Report" xəbər verir ki, 29 yaşlı idmançı finişə 2 saat 26 dəqiqə 22 saniyəyə çatıb. Tibb işçiləri qaçış gedə-gedə ona kömək göstərməyə çalışıblar. Lakin Mazuryonokun burnundakı qanaxma yalnız yarışın 17 kilometrliyində dayanıb.
Qeyd edək ki, Belarus yığması Avropa çempionatında ümumilikdə 6 medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət