Belarus Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsini dayandırmağa çağırır
Belarus münaqişə vəziyyətinin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ zonasında ağır silah və aviasiya vasitələrindən istifadə ilə bağlı aktiv hərbi əməliyyatlardan olduqca narahatdır.
BELTA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin münaqişə zonasındakı vəziyyətin gərginləşməsi ilə əlaqədar açıqlamasında deyilir.
“Biz nəinki çağırırıq, həm də bizim üçün hər iki vacib tərəfdaşdan - Azərbaycandan və Ermənistandan səmimi qəlbdən hərbi əməliyyatları dayandırmağı, silahdan imtina etməyi və vəziyyəti sülh yolu ilə, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində həll etmək üçün yollar tapmağı xahiş edirik. Tərəflərə bu və onlar üçün məqbul olan digər formatlardakı dialoqun təşviqində hər hansı bir kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - bəyanatda belə deyilir.
“Bu gün vacib olan, ən qısa zamanda qan tökülməsini dayandırmaq və yeni qurbanların qarşısını almaqdır. İnsan həyatı əvəzsizdir, bu səbəbdən regionda sülh və əmin-amanlığın qorunması üçün hər cür səy göstərmək lazımdır”, - deyə Belarus Xarici İşlər nazirinin bəyanatında qeyd olunub.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət