Dərc edildi: Baxış sayı: 572
Belarus bu raketləri ərazisində yerləşdirməyəcək - Lukaşenko
Belarus Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmayıb. Bu cür raketləri hazırlamaq və ya öz ərazimizdə yerləşdirmək niyyətində deyilik.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu tribunadan təkrarlayıram ki, Belarus Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının tamhüquqlu üzvü idi. Biz müqavilədən çıxmamışıq. Təhlükəsizliyimizə təhdid olunmayacağı halda bu tip raketləri hazırlamaq və ya öz ərazimizdə yerləşdirmək niyyətində deyilik. Hələlik bu cür vəziyyət yoxdur”, - Lukaşenko bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət