Dərc edildi: Baxış sayı: 571
Bekhem Mbappenin meneceri olmaq istəyir
İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhem daha bir fəaliyyətə start verib. Goal.az-ın məlumatına görə, 44 yaşlı sabiq yarımmüdafiəçi menecerlik şirkəti açıb.Ötən ildən fəaliyyətə başlayan "Footwork management"in ilk müştərisi PSG-nin hücumçusu Kilian Mbappe ola bilər. Bekhem ulduz futbolçunun menecerliyini etmək üçün onunla danışığa başlayıb.Qeyd edək ki, Devid Bekhem eyni zamanda ABŞ klubu Mayami-nin sahibidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət