Slimfit
  1. SİYASƏT

Bəhruz Quliyev: Vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs tələb olunan qaydalara riayət etməlidir

Bəhruz Quliyev: Vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs tələb olunan qaydalara riayət etməlidir
Sakura

Bəhruz Quliyev: Vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs tələb olunan qaydalara riayət etməlidir

“Ümumiyyətlə bütün dünyanı cənginə almış koronovirus (COVİD-19) pandemiyası ciddi fəsadlar yaratmaqda davam edir. Bu gün sanki dünyada elan olunmamış və hazırlıqsız bir müharibə gedir. Kimin bu mübarizəni necə aparması isə nəticələrdən məlum olur. Azərbaycan dövləti pandemiya təhlükəsi ilə bağlı vaxtında çox ciddi addımlar atdı. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkədir. Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib”.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, nə qədər ki virus var, insanlar qaydalara əməl etməlidirlər:

“Vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs tələb olunan qaydalara riayət etməlidir. Vətəndaşlar nə etməlidir, aydındır. Şəxsi gigiyenalarına fikir verməlidirlər, tibbi maskadan istifadə etməlidirlər, məsafə saxlamalıdırlar, sosial hərəkətliliyi minumuma endirməlidirlər. Bunların hər biri vətəndaşların sağlamlığına xidmət edən amillər və verilən qərar, tapşırıqlardır. Hər bir vətəndaşımız bunu anlayışla qəbul edib əməl etməlidir”.

İyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq karantın rejiminə gəlincə isə B.Quliyev deyib ki, dövlət burada öz vətəndaşını qorumağa çalışır:

“Azərbaycan dövlətinin ən dəyərli sərvəti onun vətəndaşıdır. Təbii ki, dövlətin də apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır. Vətəndaşın sosial həyatı, ailəsi, sağlamlığı dövlətin ən prioritet istiqamətlərindən birini təşkil edir. Bu mənada Azərbaycan dövləti öz vətəndaşını qorumaq üçün ilkin mərhələdə ciddi karantin rejiminin tətbiq olunmasını həyata keçirdi və nəticələr də öz müsbət təsirini verdi. Amma bu gün biz pandemiyanın yayılmasının ikinci dalğası ilə üz-üzə qalmışıq. Artıq bir sıra dövlətlərdə koronavirusla bağlı yenidən sərtləşdirmə tədbirləri həyata keçirilir. Çünki bu virus bir anın içində yox olan deyil. Ona görə də pandemiya ilə mübarizə hələ bir müddət daimləşməlidir. Koronavirusun zərərlərinin aradan qaldırılması üçün hökumət bütün tədbirləri ən yüksək səviyyədə görüb. Artıq virusa yoluxmamaq vətəndaşlardan, ictimaiyyətdən asılıdır. Hesab edirəm ki, ictimai qınaq da çox fərqlidir. Müsbət fikirlər var, xəstəlikdən özünü qoruyan və ətrafdakılara tövsiyə verənlər var. Amma çox təəssüf ki, virusa inanmayanlar da var. Bəziləri koronavirusa bu xəstəliyin olmadığı fikri ilə yanaşırlar, adi qriplə müqayisə edirlər. Düşünürəm ki, bütün dünya dövlətləri öz resurslarını, gücünü, vaxtını buna sərf etdiyi halda virusa inanmamaq ən azı gülüncdür. Hesab edirəm ki, karantin rejiminin yenidən sərtləşdirilməsi zərurətdən irəli gələn addımdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR