Dərc edildi: Baxış sayı: 643
Bəhram Bağırzadədən təsirli paylaşım
Koronavirusdan müalicə alan və yenicə ECMO cihazından ayrılan Əməkdar artist Bəhram Bağırzadə “Instagram”da maraqlı paylaşım edib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, o, uşaqlıq şəklini paylaşaraq, ona təsirli şərh yazıb:
“İnşallah! 4 sentyabrda doğum günümdür. İndi biri də əlavə olundu – 2 iyul. Allahu-əkbər! Dua edən hər kəsə təşəkkürlər! Davamı olacaq...”
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət