Slimfit
  1. SİYASƏT

BƏƏ Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

BƏƏ Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib
Sakura

BƏƏ Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam Araşdırmaları Mərkəzinin üzvü Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşim Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm Prezident. Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.

Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR