Dərc edildi: Baxış sayı: 397
Əbu-Dabinin məhkəmə departamenti (ADJD) nikah müqavilələrinin iPad planşetdə mobil əlavəsi vasitəsilə…
Əbu-Dabinin məhkəmə departamenti (ADJD) nikah müqavilələrinin iPad planşetdə mobil əlavəsi vasitəsilə qeydiyyatdan keçirilməsinin mümkün olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, xüsusi əlavə işə salınandan sonra vətəndaşların nikah müqavilələrinin rəsmiləşdirilməsi üçün əmirliyin məhkəmələrinə getməyə ehtiyac qalmayacaq, çünki məhkəmə əməkdaşları sənədi mobil əlavə vasitəsilə qeydiyyatdan keçirəcək.
“Agıllı” adlanan bu servis bütün lazımi sənədləri qeyd edir və məhkəmənın elektron sistemi şöbəsinə qoşulmuş qurğunun köməyi ilə müqavilənin verilməsini təmin edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət