Slimfit
  1. DÜNYA

BƏƏ-də dövlət rüsumları azaldılıb

BƏƏ-də dövlət rüsumları azaldılıb
Sakura

BƏƏ-də dövlət rüsumları azaldılıb

 

Birləşmiş Ərəb Əmirliklərində İnsan Resursları və Əmirlikləşdirmə Nazirliyinin təqdim etdiyi xidmətlərə görə rüsumlar xeyli azaldılıb.

AZƏRTAC “Khaleej Times” nəşrinə istinadla bildirir ki, 145 xidmət növünə görə rüsumların məbləği bütövlükdə 50 faizdən 94 faizə qədər endirilib. Məsələn, iş üçün icazəyə görə ödəmə iki dəfə azaldılıb. Nazirlik BƏƏ və Körfəz ölkələri vətəndaşlarının işə qəbulu zamanı şirkətləri rüsumun bu növündən azad etməyi planlaşdırır. Nazirliyin sərəncamına görə, ailələrinin vəsaiti ilə BƏƏ-yə gələn əməkdaşların işə götürülməsinə icazəyə görə ödəmənin məbləği müxtəlif kateqoriyalı müəssisələr üçün 200 dirhəmdən 100 dirhəmə (27,2 dollar) endirilib.

İnsan Resursları və Əmirlikləşdirmə Nazirliyinin məlumatına görə, dövlət rüsumlarının azaldılması hökumətin investisiyaların stimullaşdırılması və sahibkarlığın dəstəklənməsi strategiyası ilə uzlaşdırılır. Nasser bin Tani Al Hameli bildirib ki, dövlət rüsumlarının azaldılması əmək bazarının çevikliyini artıracaq və özəl sektordakı müəssisələrin tələbatını ödəyəcək.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR