Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bədənin su balansı haqqında 5 məşhur mif

Bədənin su balansı haqqında 5 məşhur mif
Sakura

Bədənin su balansı haqqında 5 məşhur mif

Orqanizmin nasaz işləməməsi üçün bütün mayeyə nəzarət etmək lazımdır: avtomobil mühərrikində olduğu kimi, onların səviyyəsi müəyyən olunmuş nöqtəyə çatmalıdır. Orqanizmdəki su balansını nəzarətdə saxlamaqla bağlı çoxlu mif mövcuddur, buna görə də ilk növbədə həqiqəti uydurmadan seçmək lazımdır.

Mif 1

Susuzlaşmanın olmaması üçün gündəlik bir neçə litr adi su içmək lazımdır

Amma bu belə deyil. Əslində isə orqanizmdəki su balansı təkcə içdiyimiz suyun kəmiyyətindən deyil, həm də gün ərzində nə qədər çox tərləməyimizdən, havanın rütubətindən, yerləşdiyimiz nöqtənin dəniz səviyyəsindən nə qədər hündürlükdə olmasından və əlbəttə ki, dietamızdan asılıdır. Triatlon üzrə məşqçi olan Kim Şvabenbauer iddia edir ki, düzgün dieta orqanizmin gündəlik maye normasının 20%-ni təmin etməlidir. Gündəlik rasiona sulu meyvə və tərəvəzləri daxil edin: qarpız, qreypfrut, xiyar və brokkoli. Unutmayın ki, quru peçenyenin əvəzinə alma yeməklə, siz su balansını bərpa edirsiniz. Su içməyin darıxdırıcı olmaması üçün adi suya portağal və ya limon, bir ovuc giləmeyvə, kivi və ananas dilimləri əlavə edin: sübut edilmişdir ki, insanlar xoş qoxusu olan suyu daha çox içir.

Mif 2

Sağlam orqanizmin hidratlaşmaya ehtiyacı yoxdur

Hətta azacıq su çatışmazlığı orqanizmin idrak və fizioloji funksiyalarında dəyişikliyə səbəb ola və ümumilikdə sağlamlığa təsir göstərə bilər. Hüceyrələri təsəvvür edin: onlar böyük və dərin hovuzda üzür. Dehidratlaşma (susuzlaşma) hovuzun dayazlaşmasına gətirib çıxarır.  Qan dövranında mayenin səviyyəsi azalır, bu da müxtəlif orqanların işində nasazlıqlar yaradır: ürək həmişəkindən daha çox işləməli olur, bədən özünü daha çətinliklə sərinləşdirir. Adi temperaturu saxlamaq üçün o daha çox resurs sərf etməli olur, yorğunluq artır, qan daha da qatılaşır. Bütün bunları yadda saxlayın ki, su içməyi unutmayasız.

Mif 3

Duzlu bir şey yeməyincə, susuzlaşma sizin üçün təhlükəli deyil

Son illər duzun zərəri haqqında dayanmadan danışırlar, amma onu o qədər də pisləmək olmaz. Duzun tərkibində olan natrium orqanizmə lazımdır. O, onu sərbəst hazırlaya bilmir və buna görə də qidalardan natrium əldə etməlidir. Natrium məhlulu vacib rol oynayan elektrolitdir. O turşu-qələvi balansının tənzimlənməsində iştirak edir, orqanizmdəki mayenin lazımi təzyiqini dəstəkləyir, toxumalarda suyu saxlayır, müxtəlif fermentləri aktivlədirir, vacib və lazımi xeyli iş görür.  Unutmayın ki, duz çatışmazlığı zamanı maddələr mübadiləsi pozulur və oksigenin əzələ və ürəyə çıxışını çətinləşdirir. İlk baxışda qəribə olsa da, duz çatışmazlığının özü susuzlaşmaya aparır. Buna görə də duzdan tamamilə imtina etmək olmaz, onun yeməkdəki kəmiyyətini azaltmaq lazımdır, amma bu zaman ehtiyatlı olmaq lazımdır. Cədvəlimizi öyrənin, o yeməyə nə qədər duz əlavə etmək lazım olduğunu anlamağa kömək edəcək.

Maddələr əlavə edin

Həddindən artıq natriumun olması və kalium çatışmazlığı böyrəklərin işini çətinləşdirə və arterial təzyiqə təsir göstərə bilər, Men’s Health nəşrinin sağlam qidalanma üzrə məsləhətçisi Alan Araqon belə hesab edir. Son araşdırmalar sübut edir ki, duzdan imtina böyrəklərin işinin pozulmasına gətirib çıxara bilər. Buna görə də orqanizmin təkcə kifayət qədər deyil, həmçinin düzgün proporsiyada natrium və kalium əldə etməsinin qayğısına qalmaq lazımdır.

Natrium

  • Nə qədər istifadə etmək lazımdır gün ərzində 2300mq (və ya bir çay qaşığı)
  • İnsan orta hesabla nə qədər istifadə edir gün ərzində 3400mq
  • Bunu necə düzəltmək olar Daha az yemək və ya buğda çörəyi (iki tikədə 162mq), konservləşdirilmiş tuna balığı (200 qramlıq bankada 400mq-dan çox), supermarketdən alınan qızardılmış toyuqdan (bir porsiyada 340mq) tamamilə imtina etmək

Kalium

  • Nə qədər istifadə etmək lazımdır gün ərzində 4700mq
  • İnsan orta hesabla nə qədər istifadə edir gün ərzində 3016mq
  • Necə düzəltmək lazımdır daha çox bunları yemək  - batternat - palıd qozası formasında balqabaq (bişmiş balqabağın bir porsiyasında 582mq), batat (orta ölçülü bir bişmiş ədəddə 542mq), brokkoli (hazırlanmış bir porsiyada 229mq), banan (bir ədəd böyüyündə 487mq)

Mif 4

Banan susuzlaşmanın öhdəsindən gəlməyə kömək edir

Tamamilə doğrudur. Amma bu o demək deyil ki, bananın hansısa möcüzəvi gücü var - məsələ onun tərkibində olan kaliumdadır. Kalium məhlulu daha bir vacib elektrolitdir. Kaliumun su ilə kimyəvi reaksiyası nəticəsində qələvi formalaşır. Özünün kimyəvi özəlliklərinə görə kalium və natrium bir-birinə oxşardır, amma əslində bu orqanizmdə turşu-qələvi tarazlığını qarşılıqlı əlaqədə olmaqla yaradan rəqiblərdir. Onların hər ikisi hidratlaşma səviyyəsinin aşağı düşməməsi və orqanizmin susuzlaşmadan əziyyət çəkməməsinə cavabdehdir. Tibb üzrə doktor Meqan Mayer hesab edir ki, insanların əksəriyyəti qida ilə məsləhət görülən sutkalıq kalium normasının (4700mq) ancaq yarısını əldə edir. Kalium çatışmazlığı qan təzyiqi, nəticədə isə ürəyin işinə təsir göstərə bilər.

Mif 5

Hər gün 8 stəkan su içmək lazımdır

İnsana hər gün səkkiz stəkan su içməyi iddia etmək - hər kəs üçün gündəlik 2800 kkal normanı təyin etmək deməkdir. Əslində isə bu rəqəmlər universan və qəti deyil. Buna görə də siz hər gün səkkiz stəkan su içməli deyilsiz. Sizə lazım olan maye miqdarı bədənin çəkisindən və fiziki aktivlikdən asılıdır və bu 2-6 litr arasında dəyişə bilər. Suya olan gündəlik tələbatı müəyyən etmək üçün məşq etmədiyiniz gündə sidiyinizin rəngini öyrənmək lazımdır: o su və alma şirəsindən daha çox limonadı xatırlatmalıdır. Kifayət qədər tünd sidik onu göstərir ki, siz kifayət qədər içmirsiniz. Məşq günü çəkinizi məşqdən əvvəl və sonra ölçün. Çəkinin hər itirilmiş yarım kiloqramı üçün siz ən azı 2,5-3 stəkan maye içməlisiniz, ancaq belə siz orqanizmdəki su ehtiyatını bərpa edə bilərsiniz.

Gizli duz

Duz təkcə ayrıca olmur: onun böyük hissəsi hazır və hətta çiy məhsullarda olur. Buna görə də az duz yemək istəyirsinizsə, ən azından özünüz yemək bişirməli olacaqsınız.

Mənbə: Mhealth.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR