Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bədənin hansı hissəsini necə arıqlatmalı?

Bədənin hansı hissəsini necə arıqlatmalı?
Sakura

Bədənin hansı hissəsini necə arıqlatmalı?

Hissələrə görə kökələrkən kişilərdə qarın, qadınlarda isə omba hissə zərər görür. Amma bu cürə kilo almaq hər iki cinsə də istər sağlamlıq, istərsə də yaşamaq keyfiyyəti baxımından yaxından təsir edir. Bu yazıda hissələrə görə arıqlama və qidalanmadan bəhs edəcəyik.

 

Çanaq sümüyünə diqqət edin

Omba ən çətin arıqlayan hissədir. Bəzi qadınlar kilo atarkən çanaq sümüyünün genişliyinə fikir verməzlər. Əgər insanın çanaq sümüyü genişdirsə nə qədər kilo verərsə versin omba hissə istədiyi standarta uyğun olmaya bilər. Və çox təəssüflə də qeyd etməliyik ki, ombanı arıqladan xüsusi pəhriz yoxdur. Bunun qarşısını sadəcə düzgün qidalanmaq və mütəmadi olaraq idman edərək almaq olar.

 

Qarını arıqladan hiylələr

Nə qədər az şəkər, bir o qədər də incə qarın…Ağ şəkər və ağ şəkər tərkibli qidalar, içkilər qan şəkərini sürətlə artırır, sürətlə də azaldır. Qan şəkərində yaran bu balanssızlıq daha tez acmağa səbəb olur. Eyni zamanda da qarın hissədə daha çox yağ yığılmasına da şərait yaradır. Buna görə də şəkər qəbulu nə qədər az olarsa, qarın hissədə yağlanma da bir o qədər az olar.

 

Süd qəbulu piylənməni azaldır

Kalsiumun qarın hissədəki yağları əritməkdə yaxşı təsirə malik olması elmi olaraq təsdiqlənib. Gündə 2 stəkan süd və ya süd məhsulu qəbul etmək qarın hissənin daha az yağlanmasına səbəb olur. Həm də idamandan sonra içilən az yağlı süd (yüngül süd) qarın hissədəki yağların sürətlə məhv olmasına kömək edir.

 

Kartofun və düyünün istiliyinə diqqət edin

İsti qəbul edilən kartof, ağ un və düyü kimi bəzi qidaların qlisemik indeksi ( karbohidratların qandakı qlükozaya olan təsirini ölçən sistem) yüksəkdir. Qlisemik indeksi çox olan qidalar eyni ilə ağ şəkərə oxşayan təsir yaradaraq qan şəkərini sürətlə qaldırıb, endirir. Bu səbəblə də bu növ məhsullara qidalanma menyunda daha az yer versən faydalı olar. Bütün bu deyilənləri edib də qarın hissədən arıqlaya bilmirsənsə, deməli, sənin insulinin ola bilər. Buna görə də mütləq həkim müayinəsindən keçməyin tövsiyə olunur.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR