Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bədənimizin iş mexanizmi: Hansı saatda nə etmək olar?

Bədənimizin iş mexanizmi: Hansı saatda nə etmək olar?
Sakura

Bədənimizin iş mexanizmi: Hansı saatda nə etmək olar?

İnsan bədəninin özünəməxsus iş mexanizmi var. Müəyyən olunmuş saatlarda bədənimizin müxtəlif funksiyaları olur. Ancaq heç də hamı bədənin hansı saatlarda daha zəif, hansı saatlarda daha gümrah olduğunu, nəbzin nə vaxt tənbəlləşdiyindən məlumatlı deyil, idman üçün ən yaxşı saat nə zamandır, məlumatı yoxdur. Ancaq bunları bilmək hər bir insan üçün əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, 06.00-da bədənin kortizon ifraz etməsiylə orqanizm oyanır. Bu oyanma bədən üçün özünü yavaşca qalxmağa hazırlama işarəsidir. Maddələr mübadiləsi aktivləşir, günün işləri üçün enerji və zülal xidmətə hazır olur.

07.00-da bədən hələ zəifdir. İdman etməkdən yayının. Ürək və qan dövranı gərəksiz yüklənir. Bu saatda idman yerinə nahar etmək daha yaxşıdır. Çünki həzm bu saatda mükəmməl çalışır.

08.00-da libidonun ən yüksək olduğu saatdır. Çox miqdarda hormon ifraz olunur.

09.00-da bədənin dinc, qüvvətli olduğu saat başlayır. Hər hansı bir xəstəlik üçün iynə vurdurmalısınızsa, bu, ən doğru zamandır. İynənin qızdırma və şişmə kimi yan təsirləri nadir olaraq görünür, bədən rentgen şüalarına qarşı daha müqavimətli olur.

10.00 orqanizmin özünə gəlmə, “mən burdayam” demə saatıdır. Bədən çox enerjili, ən yüksək istilik səviyyəsində olur. Məhsuldarlığımız həddən artıq yüksəlir, yaddaş açılır. Ancaq onu da qeyd etmək lazımdır ki, 10.00 ilə 12.00 arası infarkt hadisələrinə sıx rast gəlinir.

11.00 bədənin tam formada olduğu, məhsuldar olmağa proqramlı bir saatdır. Ürək və qan dövranı o qədər gümrahdır ki, edilən müayinələrdə ürəkdəki bir qüsur gözdən qaça bilər. Hazırcavablıq yüksək həddə çatar, xüsusilə, hesab işləri, riyaziyyat tapşırıqları rahat və yaxşı bir şəkildə, çətinlik çəkmədən həll edilər.

12.00 istirahət saatıdır. Diqqət azalır və insanı yuxu basır. Mədədəki turşu miqdarı artır, beyindəki qan axını azalır. Çünki qan həzm orqanlarını dəstəkləməsi üçün mədə tərəfindən istifadə edilir.

Günorta yuxusu yata bilən insanlarda, statistikalara görə, infarkta 30% nisbətində az rast gəlinir. 13.00-da artıq bədən formadan düşür. Məhsuldarlıq günün ortasında 20% azalır. Bütün orqanlar ən aşağı səviyyədə işləyir, yalnız öd günorta yeməyini həzm etmə fəaliyyəti göstərir.

14.00-da bədənin bitkin olan vaxtıdır. Çünki təzyiq və hormon səviyyəsi düşür. Diş həkimindən qorxanlar üçün ən uyğun görüş saatıdır. Çünki bu saatda ağrı az hiss edilir. Lokal anesteziya uzun müddət davam edir (30 dəqiqə).

15.00-dan yenidən bədənə enerji geri gəlir, yaddaş tam formasında işləməyə bşlayır. İkinci məhsuldarlıq dövrü başlayır, amma səhərkindən nisbətən az olur.

16.00 idman üçün ən yaxşı saatdır. Təzyiq və dövran çox yaxşı vəziyyətdə olur.

17.00-da orqanların fəaliyyəti yüksək səviyyəyə qalxır. Qüvvət artır, oksigen xərclənir, böyrəklər çox çalışır. Dırnaqlar və saçın ən tez uzandığı zamandır. Mədədəki turşu miqdarı artır.

18.00 axşam yeməyi üçün ideal saatdır. Pankreas bu saatda xüsusilə aktiv olur.

 

19.00-da isə qan təzyiqi və nəbz zəifləyir. Bu səbəbdən qan təzyiqi salan dərmanlara diqqət etmək lazımdır, təhlükəli ola bilərlər. Antidepresantların təsiri də bu saatda daha çox olur.

20.00-da qaraciyərdəki yağ səviyyəsi düşür və çirkli qan ürəyə hər zamankından daha çox axır. Allergiyası olanlar və astmalılar dərmanlarını bu saatda qəbul etməlidir. Təsiri dərhal görünür. Antibiotiklər də az dozada qəbul edilsə, belə təsirləri ən yüksək səviyyədə olur.

21.00-da artıq həzm orqanlarının gündəlik vəzifəsi sona çatır. Gələn hər şey mədədə səhərə qədər həzm edilmədən qalır və bu çox təhlükəlidir.

22.00-da bədən nikotin kimi zəhərləri çox çətin atır. Bu səbəbdən siqaret çəkənlər daha diqqətli olsa, yaxşı olar.

23.00-da orqanizm gün ərzində aktiv fəaliyyət göstərən stress hormonunun ifrazını dayandırır. Sakitləşib, rahatlanırıq.

24.00-da yatarkən dəri hüceyrələri dayanmadan çalışır, gündüz olduğundan daha çox bölünür. İlk yuxu mərhələsi, yarım saat içində yuxu görməyə başlayırıq.

01.00-də çalışanlar səhv edə bilir, diqqət azalır, çünki bədən özünü yatmağa proqramlaşdırır.

02.00-da görmə zəifləyir, reaksiyalar azalır. Avtomobil istifadə edənlər diqqətli olmalıdır, çünki qəzalar adətən bu saatda çox olur.

03.00 - bədənin də, ruhun da ən qaranlıq mərhələsidir.

04.00 - bədənin stress hormonundan enerji qazandığı vaxtdır. İnfarkt böhranları saat 04.00 ilə 06.00 arasında çox olur. Çünki qan təzyiqi olduqca yüksəlir, damarlar gərilir.

05.00 - stress hormonu bizi fəaliyyətə keçirir və gündüz dəyərinin tam 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir, itən enerji yenidən geri gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR