Slimfit
  1. İQTİSADİYYAT

BEA neftə tələbatın azalması üzrə proqnozunu aşağı salıb

BEA neftə tələbatın azalması üzrə proqnozunu aşağı salıb
Sakura

BEA neftə tələbatın azalması üzrə proqnozunu aşağı salıb

Beynəlxalq Enerji Agentliyi (BEA) COVID-19 ilə bağlı yeni yoluxma hallarının yayılması və aviadaşımalardakı böhran fonunda 2020-ci ildə neftə olan tələbatın azalması üzrə proqnozu gündəlik 0,3 milyon barel azaldaraq 8,4 milyon barel/gün səviyyəsinə endirib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə BEA-nın sentyabr ayındakı hesabatında deyilir.

“Bir çox ölkədə COVID-19 ilə bağlı yeni hallarının yayılması, infeksiyanın yayılmasına qarşı mübarizə tədbirləri, məsafədən iş rejiminin saxlanması, eləcə də aviasiya sektorundakı problemlər tələbata olan proqnozumuzu 2020-ci ilin üçüncü və dördüncü rübləri üzrə 0,1 milyon barel/gün və 0,6 milyon barel/gün azaltmağımıza səbəb oldu. 2020-ci ilin yekununda tələbat 2019-cu ilə nisbətən gündəlik 8,4 milyon barel azalacaq ki, bu da əvvəlki hesabatda proqnozlaşdırılandan gündəlik 8,1 milyon barel çoxdur”, - sənəddə deyilir.

BEA mütəxəssisləri qeyd edirlər ki, pandemiyanın yaratdığı qeyri-müəyyənlik səngimir. Avropada ilin əvvəlinə nisbətən xəstəxanaya yerləşdirilən və ölənlərin sayı azalsa da, tətil mövsümü sona çatdığından yoluxanların sayında artım müşahidə olunur. ABŞ-da yeni yoluxma hallarının sayı azalır, Yaponiya və Koreyada vəziyyət yaxşılaşır. “Bununla belə, bir sıra ölkələrdə vəziyyət narahatlıq doğurur və yerli məhdudiyyətlərin yenidən tətbiq edilməsini müşahidə edirik - məsələn, Fransa və Britaniyada yenidən maska ​​taxmaq icbari olub və kütləvi tədbirlər məhdudlaşdırılıb. Bütün bunlar iqtisadi fəallığa ciddi təsir göstərir”, - BEA-dan vurğulayıblar.

Eyni zamanda, BEA 2021-ci ildə neftə olan tələbatın gündəlik 5,5 milyon barel artacağını gözləyir.

OPEC-ə üzv olmayan ölkələrin neft təkliflərinin 2020-ci ildə gündəlik 2,6 milyon barel azalacağı, 2021-ci ildə isə artım göstəricinini 0,5 milyon barel/gün səviyyəsində olacağı proqnozlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR