Slimfit
  1. MEDİA

BDU və ADU-nun tələbələri Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsinə başlayıblar

BDU və ADU-nun tələbələri Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsinə başlayıblar
Sakura

BDU və ADU-nun tələbələri Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsinə başlayıblar

BDU və ADU-nun tələbələri Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsinə başlayıblar

Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin kitabxanaçılıq və filologiya ixtisasları üzrə təhsil alan bir qrup tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) istehsalat təcrübəsinə başlayıblar.

Hər iki universitetin tələbələri ayrı-ayrı qrup şəklində 3 aylıq təcrübə müddətində kitabxananın komplekləşdirmə, kataloqlaşdırma, biblioqrafiya və s. şöbələrinin iş fəaliyyətini öyrənəcək, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair biliklərini artıracaqlar. Təcrübə proqramı çərçivəsində tələbələr həmçinin, beynəlxalq kitabxanalarla olan əməkdaşlıq, kitab mübadiləsi, seminarların təşkil edilməsi və digər iş fəaliyyəti haqqında ətraflı şəkildə məlumat alacaqlar.

Qeyd edək ki, təcrübənin ilk günü MEK-in baş direktoru, professor Məmməd Əliyev tələbələrlə görüşərək, rəhbərlik etdiyi kitabxanada həmin universitətlərdən çoxlu sayda məzunun çalışdığını bildirib, ixtisaslı tələbələrlə bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib, onlara təcrübə müddətində uğurlar arzulayıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR