Dərc edildi: Baxış sayı: 579
BDU universitetin binasından şüar asılmasına münasibət bildirib
Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.
Universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır.
Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət