Dərc edildi: Baxış sayı: 515
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun indiyədək 150 tələbəsi təhsilini Çində davam etdirib
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun bu vaxtadək 150 tələbəsi qrant hesabına təhsilini Çində davam etdirmək üçün göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib.
Onun sözlərinə görə, Konfutsi İnstitutunun Bakıda 16 filialı var: “Bu filiallar ali və orta məktəblərdə, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fəaliyyət göstərir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət