Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin…
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin 5 prorektorunun hamısınını işdən çıxarıldığı haqda məlumat yayılıb.
Yayılan məlumatla bağlı Axar.az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bu məlumatdan da xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, ABU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Nurəddin qızı Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru Aydın Həsən oğlu Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Tofiq oğlu Hacıyev, İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhməd oğlu Ramazanlı, Ümumi işlər üzrə prorektoru isə Vüqar Abdulla oğlu Mehrabovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət