Slimfit
  1. TƏHSİL VƏ KARYERA

BDU-nun 100 illiyi ilə bağlı yubiley medalı belə olacaq - Təsvir

BDU-nun 100 illiyi ilə bağlı yubiley medalı belə olacaq - Təsvir
Sakura

BDU-nun 100 illiyi ilə bağlı yubiley medalı belə olacaq - Təsvir

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsis olunmuş medalın təsviri haqqında qərar qəbul olunub. 

AZƏRTAC xəbər verir ki, qərara əsasən;  

Maddə 1. Medalın ümumi təsviri 

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. 

Maddə 2. Medalın ön tərəfi 

2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. 

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “BAKI DÖVLƏT UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1919-2019” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. “1919-2019” sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir. 

2.3. Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində relyefli “BDU” sözü, aşağı hissəsinə “100” rəqəmləri həkk edilmişdir. 

2.4. Səkkizguşəli ulduz, çevrənin konturları, atom təsviri və kitab emblemi, sözlər və rəqəmlər, “BDU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd göy rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir. 

Maddə 3. Medalın arxa tərəfi 

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində “BDU-100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunur. 

3.2. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir. 

Maddə 4. Medalın elementləri 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 40 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. 

4.2. Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1,68 mm enində tünd göy, 1,83 mm enində ağ, 15 mm enində tünd göy, 1,83 mm enində ağ, 5,27 mm enində qızılı və mərkəzdə eni 4,55 mm olan göy rəngli şaquli zolaqlar vardır. 

4.3. Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən və atom təsvirindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 37 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilir. 

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR