Slimfit
  1. CƏMİYYƏT

BDU-da ilk dərsin başlamasından 100 il ötür

BDU-da ilk dərsin başlamasından 100 il ötür
Sakura

BDU-da ilk dərsin başlamasından 100 il ötür

Bakı Dövlət Universitetində (BDU) ilk dərsin başlamasından 100 il ötür.

Report” xatırladır ki, universitet 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.

1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edilib. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru Vasili İvanoviç Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqo­rovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovskinin tarix-fi­lologiya fakültəsinin dekanı təyin olunub.

Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan olunub.

1919-cu ildən bu günə qədər ali təhsil ocağının 25 rektoru olub. BDU-nun hazırkı rektoru Elçin Babayevdir. O, bu vəzifəyə Prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla təyin edilib.

Hazırda universitetin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. Təhsil 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR