“Bayraqdar”ın Donbasda zərbə endirməsi... - Lavrov
Hazırda bu məlumatları araşdırırıq. Kiyev rəhbərliyinin baş verənlərdən sonra verdiyi son açıqlamalardan nəyin real, nəyin uydurma olduğunu anlamaq çox çətindir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ordusunun Donbasda "Bayraqdar TB2" PUA-sından istifadə etməsi ilə bağlı xəbəri şərh edərkən deyib.
Lavrov Donbasdakı "nümayəndələr"lə birbaşa əlaqə qurduqlarını, hadisənin Staromarevka kəndində baş verdiyini söyləyib: "Bildiyimiz qədər onların (Ukrayna ordusu - red.) hücumunun qarşısı alınıb".
Qeyd edək ki, Ukrayna ordusu "Bayraqdar"dan ilk dəfə istifadə edərək, atəş açan və əsgərin ölümünə səbəb olan haubitsanı məhv etdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət